Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın Dəməşqdəki keçmiş səfiri Robert Ford keçirdiyi mətbuat konfransında vurğulayıb ki, ABŞ və Avropa Suriyanı idarə edən terrorçuların lideri Əbu Məhəmməd əl-Culaninin terror meydanından siyasət meydanına gətirməsində rol oynayıb.
Mehr Xəbər Agentliyinin Əl-Məuluma istinadən verdiyi məlumata görə, Robert Ford, əlavə edib ki, qeyri-hökumət təşkilatı tərəfindən onun öz iştirakı ilə Avropa komandası seçilib və əl-Colaninin hələ İdlibdə, Türkiyənin tam dəstək verdiyi “Heyat Təhrir əl-Şam”ın lideri olduğu 2023-cü ildə siyasət dünyasına köçürmək üçün işə başlayıb.
Ford əlavə edib ki, onun əl-Colani ilə ilk görüşü 2023-cü ilin martında, sonra isə sentyabrda olub. Üçüncü görüş də Suriya prezident sarayında baş tutub. Əl-Colani Bəşər Əsədə qarşı etirazlardan istifadə edərək Amerika və Avropanın istəyi ilə hakimiyyətə gəldi.
Qeyd edəkki, bu açıqlamalar keçmiş amerikalı məmurun Suriyada terrorçunun hakimiyyətə gəlməsində Qərb partiyalarının rol oynadığını ilk rəsmi etirafıdır.
Sizin rəyiniz