Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nyu-York ştatının məhkəməsi “Şeytan ayələri” kitabının müəllifi mürtəd Salman Rüşdiyə silahlı hücumu həyata keçirən 27 yaşlı Hadi Matar haqqında cılız hökm çıxarıb.
2022-ci ildə Nyu York əyalətindəki Chattaqua İnstitutunda açıq mühazirə zamanı mürtəd Salman Rüşdiyə bıçaqla hücum edərək onu yaralayan Matar bir neçə dəfə keçirilən məhkəmə iclaslarından sonra 25 il cismani azadlıqdan məhrum edilib.
Mürtəd Salman Rüşdiyə şücaətli hücumun təfərrüatları
Mürtəd Salman Rüşdiyə hücum 2022-ci ilin avqustunda ictimai çıxış zamanı baş verib; Matar heç bir xəbərdarlıq etmədən səhnəyə çıxaraq yazıçıya bıçaqla bir neçə zərbə endirib. Hücum zamanı ciddi xəsarət alan mürtəd Rüşdi bir gözünün görmə qabiliyyətini itirib. O, həmçinin boyun və qarın nahiyəsindən uzunmüddətli tibbi yardım tələb edən digər ağır xəsarətlər alıb.
Xatırladaq ki, 1988-ci ildə mübahisəli "Şeytan ayələri" kitabını nəşr etdirdiyinə görə geniş reaksiya ilə üzləşən mürtəd Salman Rüşdi dəfələrlə hücuma məruz qalıb, lakin yəhudi və xristian qüvvələri tərəfindən qorunduğu üçün hücumların bir çoxu tam həyata keçirilə bilinməyib. Son hücumdan sonra isə o geniş tibbi müalicəsi alaraq, xeyli qayğıdan keçib.
İslam İnqilabının Rəhbəri mərhum İmam Xomeyni həzrətləri “Şeytan ayələri” kitabının nəşrindən sonra mürtəd Salman Rüşdi üçün ölüm hökmü çıxardı. Hökmdə deyilir ki, “Şeytan ayələri” kitabının müəllifi, eləcə də onun məzmunundan xəbərdar olan naşirlər edam cəzasına məhkum edilir. Onları hər yerdə tapan müsəlman onları edam etməlidir ki, bundan sonra heç kəs müsəlmanların müqəddəsliklərini təhqir etməyə cürət etməsin. Mürtəd Salman Rüşdi edam hökmü elan edildikdən sonra İngiltərədə gizlənir.
Sizin rəyiniz