ABNA24 Xəbər Verir, Əl-Aləm kanalının məlumatına görə, İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmail Qaani Bağdada səfər edib.
Məlumata əsasən, general-mayor Qaani İraqın yüksək rütbəli rəsmiləri ilə görüşdə Tehranla Bağdad arasında ikitərəfli əməkdaşlıqların genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparacaq.
İslam İnqilabı Keşikçiləri korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı bundan əvvəl də bir neçə dəfə İraqa səfər edib və bu ölkə rəsmiləri ilə İran ilə İraq arasındakı əlaqələrinin inkişafı yolları barədə danışıqlar aparıb.
342/