22 dekabr 2020 - 14:42
Ermənistanda idmançılar Paşinyanın əleyhinə çıxdılar

Ermənistan İdmançılarI vurğulayıb: "Biz baş nazir vəzifəsini tutan şəxsin təcili istefasını tələb edirik".

ABNA24 Xəbər Verir, bu tələb Ermənistanın 30-dan çox idmançısının birgə bəyanatında yer alıb.

İdmançılar ölkənin baş naziri Nikol Paşinyanı satqın adlandıraraq, onu idarəçilik qabiliyyətinin olmamasında ittiham ediblər.
Bu bəyanatda qeyd olunur: "Baş nazir Vətənimizi parçalayaraq satqın hərəkətlərini davam etdirir. Bizim xalqımızın və ölkəmizin suverenliyi təhlükə altındadır. Satqın bizim dövlətimizi daha idarə edə bilmir".

342/