ABNA24 Xəbər Verir, Yanğın yerli vaxtla şənbə günü Nyu-Yorkun «İst-Villic» bölgəsində baş verib.
Yanğını söndürmək üçün göndərilən iki yüzə yaxın yanğınsöndürəndən dördü bu əməliyyatda zərər çəkib.
1892-ci ildə tikilən kilsə Amerikanın şimalında ən qədim kilsə sayılır.
«Middle Kaligeyt» qülləsi Nyu-Yorkun «azadlıq zəngi»nin yerləşdiyi məkan idi. Bu zəng 1776-cı ildə Amerikanın istiqlaliyyəti münasibətilə çalınmışdı.
Kilsənin bildirdiyinə görə, zəng ABŞ prezidentlərinin inaqurasiya və ya ölüm mərasimləri ilə yanaşı, on bir sentyabr hücumlarının ildönümü mərasimində çalınmışdı.
342/