ABNA24 Xəbər Verir, Ümumdünya Polad Assosiasiasiyası bildirib ki, İranda cari ilin oktyabr ayında xam polad istehsalı 28 faizə, cari ilin 10 ayı ərzində isə keçən ilin eyni dövrü ilə müqayisədə 12, 6 faiz artıbdır. Beləliklə də İran polad istehsalı sahəsində dünyüdü liderlik edir. Ümumdünya Polad Assosiasiasiyasının statistikaları göstərir ki, hesabat dövründə dünyada xam paladıistehsalının orta artımı iki faiz azaldığı bir halda İranda 12, 6 faiz artım qeydə alınaraq, 23 milyon 800 min ton polad istehsal edilib.
Digər tərəfdən təkcə oktyabr ayında İran 2 milyon 660 min ton polad istehsal edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 27, 9 faiz çoxdur. Oktyabr ayında Ümumdünya Polad Assosiasiasiyasına üzv ölkələr ümumilikdə 161, 8 milyon ton polad istehsal ediblər ki, onun 2 milyon tonu Çinin payına düşür. Son 10 ayda da dünyada bir milyard 511 milyon ton polad istehsal edilib ki, təxminən 8 74 milyon tonu Çinə aiddir.
342/