Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmənli tərəflərlə Küveytdə başlayacaq müzakirələr ərəfəsində Yəmənin "Ənsarullah" hərəkatından açıqlama verilib.
Küveytə uçmazdan əvvəl "Əl-Mənar" televiziyasına açıqlama verən "Ənsarullah" hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam, "Biz düşmənlərimizə güvənmirik və bu səbəblə də hər cür işğala qarşı ona uyğun münasibətimizi ortaya qoyacağıq və bu, bizim haqqımızdır. Biz Səudiyyə və ABŞ-ın işğallarının sürdüyü müddətcə ordu və xalq komitələrini oyaq, və diqqətli olmağa çağırırıq", -deyə qeyd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır