Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun (Sepah) generalı Hac Qasım Süleymani dünən gecə saatlarında Moskvaya səfər edib.
Bu haqda İran İslam Respublikasının təhlükəsizlik rəsmilərindən biri məlumat verib.
Adının gizli saxlanılmasını istəyən iranlı səlahiyyətli Qasım Süleymaninin Moskvaya İraq və Suriyadakı vəziyyəti müzakirə etmək üçün səfər etdiyini söyləyib.
Qeyd edək ki, Qasım Süleymaninin əvvəllər də Rusiyaya səfər etdiyi iddia edilsə də, belə məlumatlarda adınını gizli saxlanılmasını istəyən iranlı səlahiyyətlidən söz açılmırdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır