5 aprel 2016 - 13:26
İİR-dan Azərbaycana dəstək

Təbrizin millət vəkili Məhəmməd Esmail Vəkili: “Qarabağ Azərbaycanın və Müsəlmanların haqqıdır. Ən qısa zamanda öz sahiblərinə qaytarılmalıdır”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranlılar Qarabağda son günlər genişlənən hərbi əməliyyatlarda Azərbaycan ordusunun yanında olduqları mesajını veriblər.

Urmiya bölgəsində Millət Məclisi namizədləri və Təbriz bölgəsindən millət vəkilləri Qarabağdakı hərbi əməliyyatlarla bağlı münasibətlərini bildiriblər.

Urmiyada Millət Məclisi seçkilərinə namizəd olan Seyid Hadi Bəhodari  rəsmi internet səhifəsində bildirib ki, Qarabağ əbədiyyən İslam torpağıdır və Azərbaycana aiddir:“Biz var gücümüzlə işğalçı Ermənistanı qınayırıq və istəyirik ki, dərhal bu torpaqları tərk etsinlər. Allahdan Şəhid olan Müsəlmanlara rəhmət diləyirik”.

Urmiyadan digər namizəd Ruhullah Həzrətpur isə çıxışlarında bildirib:“Ümümdünya Müsəlmanlarının Ali Rəhbərinin dediyi kimi Qarabağ Azərbaycana aiddir. Biz Ermənistandan istəyirik ki, bu müharibəyə son qoysun və Azərbaycan torpaqlarından çəkilsinlər”.

Təbrizdə isə millət vəkili Məhəmməd Esmail Vəkili bildirib ki, Qarabağ Azərbaycanın və Müsəlmanların haqqıdır. Ən qısa zamanda  öz sahiblərinə qaytarılmalıdır”.

Ərdəbildə də xalq küçələrə çıxaraq, müxtəlif yerlərdə Azərbaycan dövlətini və ordusunu dəstəkləyən şüarlar yazıb və parçalar asıblar. Ərdəbildə azərbaycanlılar “Qarabağ İslam yurdudur”, “Qarabağ Azərbaycanındır” kimi şüarları divarlara yazıb və şəhərin müxtəlif yerlərində plakatlar formasında asıblar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır