26 mart 2016 - 10:09
Nümunə olan qadınlar...

İmam Əli (əleyhi səlam) Həzrət Zəhra (səlamullahi əleyha) haqqında buyurur: "And olsun Allaha ki, onu qəzəbləndirmədim, onu bir işə məcbur etmədim... O da məni qəzəbləndirmədi, heş bir işdə mənə qarşı olmadı. Ona baxdığım zaman qəm və qüssələrimi unudurdum".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İmam Xomeyninin (rizvanullahi təala əleyh) mərhumə xanımı deyirmiş ki, mən 8-ci sinifdə oxuyurdum ki, Ruhullah Xomeyni ilə evləndim. O zaman onun 25 yaşı var idi... Mən ondan ərəb dilini və İslam fiqhini öyrəndim. 8 il evdə İmamın şagirdi oldum... Mən onun evinə gəlin olaraq köçdüyüm gün üzünü mənə tutub dedi ki, səndən bir xahişim var: "Vacibatını (oruc və namazını) yerinə yetir"...

O, bir dəfə də olsun mənə demədi ki, dur mənə bir istəkan çay ver, ya çıxırsan qapını da ört. – (Bu məsələni əxlaq ustadı bir dəfə dərsdə İmam Xomeyninin öz ailəsi ilə necə gözəl rəftar etdiyini bizə nümunə olaraq deyirdi).

Amma mən burdan bu çıxarışı da etmək istəyirəm:

Siz fikirləşin ki, İmam Xomeyninin (rizvanullahi təala əleyh) xanımı necə də Zəhraya (səlamullahi əleyha) layiq bir gəlin olmuşdur ki, öz əməlləri ilə ərini heç vaxt ona "dur mənə su ver" və ya "qapını ört" deməyə belə vadar etməmişdir!

Necə ki, İmam Əli (əleyhi səlam) Həzrət Zəhra (səlamullahi əleyha) haqqında buyurur: "And olsun Allaha ki, onu qəzəbləndirmədim, onu bir işə məcbur etmədim... O da məni qəzəbləndirmədi, heş bir işdə mənə qarşı olmadı. Ona baxdığım zaman qəm və qüssələrimi unudurdum".

(Kəşful-Ğümmə, 1/363; Biharul-Ənvar, 43/134/bab:5;).

Doktor MirMəhəmməd Bəşir

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır