4 mart 2016 - 14:52
Ayətullah Vaiz Təbəsi vəfat edib

Ayətullah Vaiz Təbəsi İslam İnqilabının Banisi İmam Musəvi Xomeyni tərəfindən Xorasan əyalətlərinə və İmam Rzanın ziyarətgahına nümayəndə və rəhbər təyin edilmişdi. İmam Xomeyninin Vaiz Təbəsiyə böyük rəğbəti var idi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Vaiz Təbəsi ötən gün 80 yaşında Məşhəd şəhərində xəstəxanaların birində vəfat edib.

Ayətullah Vaiz Təbəsi İranda İslam İnqilabının ərsəyə gəlməsində atdığı mühüm addımlardan əlavə həm də ölkədə və İslam dünyasında əxlaq ustadı kimi tanınırdı. Onun möizələrinin mənəvi təsiri İranda və İslam dünyasında açıq aşkar görünür.

Alim İslam İnqilabının Banisi İmam Musəvi Xomeyni tərəfindən Xorasan əyalətlərinə və İmam Rzanın ziyarətgahına nümayəndə və rəhbər təyin edilmişdi. Ayətullah Musəvi Xomeyninin Vaiz Təbəsiyə böyük rəğbəti var idi.

O, görüşlərinin birində Vaiz Təbəsiyə deyib: “Mənim sənə bağlılığım var, biri sənin özünə görə, biri də valideynlərinə görə”

Ayətullah Vaiz Təbəsinin dövründə Məşhəddə İmam Rza ziyarətgahı misilsiz dərəcədə genişləndirilmiş və ziyarətgahın imkanları artırılmışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır