Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Cəlilabad rayon sakinləri etiraz aksiyası keçiriblər.
Sakinlər rayon mərkəzində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısına toplaşıb. Onlar işsizliyə, bahalığa və sosial yardımların verilməsində baş verən rüşvətxorluğa etiraz ediblər. Hadisə yerinə gələn rayon icra başçısı Əziz Əzizovun aksiyaçıları sakitləşdirməyə çalışıb. Əziz Əzizov sakinlərin mədəniyyət evinə toplaşaraq , onları orada dinləyəcəyini vəd verib.
Müsavatın Məclis üzvü Əlipənah Rzalının dediyinə görə, etirazçıların əsas şikayəti qiymət artımı, işsizlik, ünvanlı sosial yardımın düzgün verilməməsi və bank borcları ilə bağlıdır: «Danışıq gedir. Əhalinin dağılışmasını tələb edirlər»
İcra başçısı mədəniyyət evində narazı əhali ilə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinə insanların təqdim etdikləri müraciətlər gətirilib və icra başçısına təqdim olunub.
İcra başçısı söz verib ki, bütün şikayətlər 1 həftə ərzində təmin ediləcək. Görüş başa çatıb. İnsanlar evlərinə dağılışır. Heç bir insident baş verməyib.
Daha sonra İcra başçısı şikayətçılərin bir qismini icra hakimiyyətinə dəvət edib. Orada çıxış edərək sosial müavinətlərlə bağlı bütün şikayətlərə baxılacağını deyib. Əziz Əzizov öz çıxışında müxalifətin ünvanına atmacalar atıb və əhalini müxalifətə qulaq asmamağa çağırıb.
Qeyd edək ki, iki gün əvvəl Müsavatın Cəlilabadd təşkilatının təmsilçiləri Hidayət İsmayılov və Əlipənah Rzalı polisə çağırılmış, onlara kütləvi tədbirlərin yolverilməz olduğu barədə qanunsuz xəbardarlıq elan edilmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır