Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qnlı 26 Noyabr Nardaran Faciəsi zamanı Şəhadət xəbəri çıxan Abbas Hüseynin Anası baş prokurora müraciət edib.
Müraciətdə Deyilir:
"Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Cənab Baş prokuror!
Oğlum Hüseynov Abbas Məmmədbağır oğlu Nardaran hadisələri ilə bağlı 26 noyabr 2015-ci ildə həbs edilib. O vaxtdan oğlumdan xəbər ala bilmirik. Dəfələrlə bandotdelə getmişəm deyirlər burda yoxdur, kürdaxanı türməsinə gedirəm orada yoxdur. Məndən heç bir pal paltar, sovqat qəbul olunmur.
İki gün öncə bizə məlumat verdilər ki, banditizm idarəsində oğluma o qədər işgəncə veriblər ki, az qalıb ölsün. Cənab Qaralov, sizində övladlarınız var. Oğluma işgəncə verənlərində övladları var. Mən Allahıma sığınıram, oğluma və o biri uşaqlara nahaqdan terror damğasını vuranları Uca Tanrıya tapşırıram.
Allahın ədalətinə inanıram. Bu məmləkətdə ədalət axtarmağa gümanım qalmayıb. Mən övdalıdımı istəyirəm. Məni övladımla görüşdürün, mənə zəng eləsin, səsini eşidim. Bunu tələb edirəm.
Abbas Hüseynovun anası Rəhimə Hüseynova".
Qeyd edək ki, Qanlı Nardaran Olayları zamanı Abbas Hüseynin də Şəhid olduğu bildirilirdi. Amma az sonra isə, qardaşı tərəfindən ictimai şəbəkələrdə Abbas Hüseynin Şəhid olmadığı xəbəri sürətlə yayıldı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır