11 noyabr 2015 - 11:12
İlham Əliyevin növbəti anti-milli addımı

Belə çıxır ki, harınlıq edən, vəzifə səlahiyyətlərini aşan, qanunsuz əməllər törədənlər yüksək postda təmsil olunanların aşağı postlardakı qohumlarıdı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Bir daha məlum olur ki, bütün postlar vəzifəli şəxslərin qohum-əqrabası tərəfindən zəbt edilib. Yeri gəlmişkən, bugünlərdə sosial şəbəkələrdə ARDNŞ şefi Rövnəq Abdullayevin qohumlarının tutduğu vəzifələrlə bğalı siyahı yayılmışdı. Bu siyahıdan məlum olur ki, Neft Şirkətindəki bütün məsul vəzifələr Rövnəq Abdullayevin qan qohumlarının ixtiyarındadır.

Belə çıxır ki, harınlıq edən, vəzifə səlahiyyətlərini aşan, qanunsuz əməllər törədənlər yüksək postda təmsil olunanların aşağı postlardakı qohumlarıdı. Yəni, Diktatorun tez-tez   hədələyib, cəzalandırmadığı adamlar, hökumətə tanış olan adamlardı. Demək istəyirik ki, uzağa getməyə ehtiyac yoxdur, neqativlər hökumətin lap yaxınlığındadır.

 

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır