1 oktyabr 2015 - 05:15
Fələstinin bayrağı BMT-də ucaldıldı

“Fələstin xalqının adından mən bu bayrağı BMT-də qaldırıram. Bu tarixi hadisədir. 30 sentyabr Fələstin bayrağı günü olacaq” - Fələstin lideri Mahmud Abbas bəyan edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, yəhudi işğalçılarına qarşı 68 il mübarizədən sonra “Müşahidəçi statusun” qazana bilən Fələstinin bayrağı 30 Sentyabr 2015 tarixində BMT-nin mənzil-qərargahında ucaldılıb.

“Fələstin xalqının adından mən bu bayrağı BMT-də qaldırıram. Bu tarixi hadisədir. 30 sentyabr Fələstin bayrağı günü olacaq” - Fələstin lideri Mahmud Abbas bəyan edib.

BMT-nin baş katibi Pan Qi Mun bildirib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür.

Bundan əvvəl, BMT-nin Baş Assambleyası BMT-nin üzvü olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır