Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi bildirib: “Rəsmi Tehran İİR Astarası ilə Azərbaycanın dəmiryolu şəbəkəsinin birləşdirilməsi istiqamətində səylərini davam etdirir.”
İslam Respublikası Prezidentinin göstərişi əsasında gerçəkləşdirilən Rəşt -Astara dəmiryolu layihəsinin tikintisindən danışan M. Ə. Nəcəfi bu məsələdə Azərbaycanın öz dəmiryolunu 8 km uzatmağa razılaşdığını xatırladıb.
O, həmçinin, yaxın günlərdə İran Respublikası tərəfindən Azərbaycan ilə İİR arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycana səfərinin gözlənildiyini bildirib. Səfərin məqsədi İİR Astrası ilə Azərbaycan dəmiryolu şəbəkəsini birləşdirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
M.Ə. Nəcəfi Astara şəhərində gömrük xidməti, dəniz limanı və xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdirildiyini də qeyd edib. Onun sözlərinə görə, İslam hakimiyyətinin siyasəti müxtəlif regionların potensiallarını nəzərə alaraq hərtərəfli inkişafın təmin edilməsinə yönəlib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır