Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Əmrahbank" hücuma məruz qalıb
Terrorçu İŞİD qruplaşmasının tabeliyində olan xaker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.
hücuma “Əmrahbank”ın amrahbank.az vəamrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb. Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur. Saytın İslamic cyber army adlanan xaker qrupu tərəfindən sındırıldığı bildirilir.
Öz növbəsində "Əmrahbank"-ın məlumat mərkəzindən İslamazeri.az-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır