14 avqust 2015 - 08:58
İraq ordusu irəliləyir

Təhlükəsizlik qüvvələri, könüllü xalq qüvvələri və əl-Ənbar vilayətinin yerli tayfalarından olan qüvvələr Rəmadi şəhərinə doğru irəliləyirlər.

ƏhliBeyt (əleyhimussəlam) -ABNA- XəbərAgentliyininverdiyixəbərəəsasən,İraq ordusu və xalq qüvvələri Rəmadi şəhərinə doğru irəliləyir

Təhlükəsizlik qüvvələri, könüllü xalq qüvvələri və əl-Ənbar vilayətinin yerli tayfalarından olan qüvvələr Rəmadi şəhərinə doğru irəliləyirlər.

Livanın əl-Əhd informasiya portalının verdiyi məlumata görə, ordu və könüllü xalq qüvvələri yerli tayfaların dəstəyi ilə iki istiqamətdən, şimaldan və şərqdən Rəmadi şəhərində doğru irəliləməyə başlayıblar.

Əl-Ənbar vilayəti Xalidiyə şəhər şurasının sədri Əli Davud dünən Rəmadinin azad edilməsi əməliyyatı barədə deyib: Bu əməliyyatlar Rəmadi şəhərinin azad edilməsi əməliyyatının 2-ci mərhələsi çərçivəsində həyata keçirilir.

İraqın müdafiə naziri Xalid əl-Əbidi də çərşənbə günü bildirmişdi ki, ordu, polis və könüllü xalq qüvvələri Rəmadi şəhərinin mühasirəsini təkmilləşdirərək, Rəmadi şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının ikinci mərhələsinə başlayıblar.

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır