22 may 2015 - 05:25
İŞİD komandiri əsiri minaatanla öldürdü

Kosovalı İŞİD komandiri Lavderim Muhaceri əsir düşən bir gənci minaatanla edam edib.

ƏhliBeyt (əleyhimussəlam) -ABNA- XəbərAgentliyininverdiyixəbərəəsasən, Ağlasığmaz qətlləri və işgəncələri ilə gündəmdən düşməyən İŞİD terror təşkilatı daha bir vəhşiliyə imza atıb.

Kosovalı İŞİD komandiri Lavderim Muhaceri əsir düşən bir gənci minaatanla edam edib.

Lavderim Muhaceri 2,5 il əvvəl Kosovanın Kaçanik şəhərindən Suriyaya gəlib, daha sonra İraqa keçərək İŞİD-ə qoşulub. 27 yaşındakı kosovalı bir nəfərin başını kəsərkən çəkillən fotoşəkillərin sosial şəbəkələrdə dərc olunmasından sonra məşhurlaşıb.

Kosova mediasının yazdığına görə, Lavderim Muhaceri 2010-cu ildə ABŞ-ın Kosovadakı hərbi düşərgəsində çalışıb. Onun 2012-ci ildə terrorçu qruplara qoşulduğu bildirilir.

O, son videomüraciətində Kosovada İŞİD-in tərəfdarlarını həbs edən Kosova polisi və digər səlahiyyətliləri təhdid edib. Muhaceri Kosovadan İŞİD sıralarına qoşulanların da sayının artığını bildirib.

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır