Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın neft naziri Almaniyada səfərdədir
İranın neft naziri Almaniyanın xarici işlər, energetika və iqtisadiyyat nazirləri ilə görüş məqsədilə bu gün Berlinə daxil olub.
Bijən Namdar Zəngənə bu gün Almaniya kanslerinin müavini və Almaniya iqtisadiyyat naziri Qabriel ilə bu ölkənin İqtisadiyyat Nazirliyi binasında görüşməli və ondan sonra 2015-ci il Enerji Təhlükəsizliyi iclasında iştirak edərək, iştirakçıların suallarını cavablandırmalıdır.
Bu məlumata əsasən, İranın neft naziri cümə günü də Almaniyanın neft şirkətləri müdirlərini müştərək səhər yeməyinə dəvət etməlidir. O, sonra Almaniyanın xarici işlər naziri ilə görüşməlidir.
Zəngənənin Almaniyaya səfəri Angela Merkel dövlətinin nüvə razılaşmasından sonra İranla əlaqələri genişləndirməyə maraqlı olduğunu bildirməsindən sonra həyata keçir. İndiyədək Almaniyanın enerji, poladqayırma və əczaçılıq şirkətləri İranla əməkdaşlığa maraq ifadə ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır