14 may 2025 - 10:56
Tramp Suriyaya hakim kəsilmiş terrorçu Colani rejiminə qarşı sanksiyaları ləğv edir / ABŞ prezidenti Qolani ilə görüşür

ABŞ prezidenti Suriyaya hakim kəsilmiş olani terrorçu rejimin qarşı sanksiyaların tamamilə ləğv edildiyini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Tramp gözlənilən qərarla Suriyaya hakim kəsilmiş Qolani terrorçu rejiminə qarşı sanksiyaların tamamilə ləğv edildiyini açıqlayıb. O, bu qərarını Səudiyyə Ərəbistanına səfəri zamanı və Suriya müvəqqəti hökumətinin başçısı Əhməd əl-Şara ilə görüşdən əvvəl açıqlayıb.

Türkiyənin tam dəstək verdiyi Qolani terror rejimi bu qərarı alqışlayıb və bunu tarixi dönüş nöqtəsi adlandırıb.

Qeyd edək ki, Donald Tramp çərşənbə axşamı Ər-Riyadda Səudiyyə-Amerika İnvestisiya Sammitində çıxışı zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışdıqdan sonra Suriyaya qarşı tətbiq edilən bütün sanksiyaları ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Tramp deyib:

“İndi Suriyanın (yəni vəhhabi terror rejiminin) parlama vaxtıdır. Biz bütün sanksiyaları dayandıracağıq. Ümid edirəm ki, Suriya bizə xüsusi bir şey göstərir. Suriya çox əzab və ölüm yaşayıb və biz ümid edirik ki, hazırkı hökumət sülh və sabitliyi bərpa edə bilər.”

Sizin rəyiniz

You are replying to: .
captcha