14 may 2025 - 10:30
Yəmənin faşist İsrailin Ben Qurion hava limanına raket hücumu səngimir; Qəzza müharibəsi dayanana qədər İsrailə uçuş qadağasını davam etdirəcəyik!

Yəmən ordusunun raket bölməsi Lod hava limanını (Ben Qurion) səsdən sürətli ballistik raketlə hədəfə alıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq, sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə cavab olaraq yəhudi faşistləri tərəfindən işğal olunmuş Fələstin ərazilərindəki sionistlərin adlandırdığı Ben-Qurion (Lod) hava limanına qarşı səsdən sürətli ballistik raketlərdən istifadə edərək raket əməliyyatı həyata keçirdiklərini açıqlayıb.

Bu barədə Yəmən Silahlı Qüvvələrinin yaydığı bəyanatda deyilir:

“Yəmən Ordusunun Raket Bölməsi, məzlum Fələstin xalqına və onun sərgilədiyi qəhrəmancasına müqavimətinə dəstək olaraq və sionist düşməninin Qəzza xalqına qarşı törətdiyi soyqırım cinayətinə etiraz olaraq, səsdən sürətli ballistik raketlə işğal altındakı Yaffa bölgəsindəki Lod (Ben Qurion) hava limanını uğurla hədəfə alıb.”

Açıqlamaya görə, hücum hava limanının təxminən bir saat bağlanmasına və milyonlarla israillinin sığınacaqlara qaçmasına səbəb olub.

Yəmən silahlı qüvvələri həmçinin xəbərdarlıq edib ki, işğal olunmuş ərazilərdəki hava limanlarına uçuşların qadağası davam edəcək və bu qadağaya qoşulmayan şirkətlər digər şirkətlər kimi qadağaya qoşulmalıdırlar əks təqdirdə verəcəkləri itkilərə görə özləri cavabdehlik daşıyırlar.

Bəyanatın davamında vurğulanıb:

“Şərəfli Yəmən Xalqı məzlum Fələstin Xalqına kömək etməkdən əl çəkməyəcək və Fələstin xalqına qarşı dini, əxlaqi və insani vəzifələrini yerinə yetirmək Ümmətin bütün azad insanlarına borcdur.”

Yəmən silahlı qüvvələri vurğulayıblar ki, Lod hava limanında dəstək əməliyyatları və aeronaviqasiya qadağası, eləcə də İsrailin Qırmızı və Ərəb dənizlərində naviqasiyasına qoyulan qadağa yalnız Qəzza zolağına qarşı təcavüzün dayandırılması və mühasirənin aradan qaldırılması ilə başa çatacaq.

Bəyanat, Qurani-Kərimdən bir ayə və Yəmən xalqının səbri və Ümmətin azadlıq istəyən mücahidlərini tərifləyən cümlələrlə yekunlaşıb.

Sizin rəyiniz

You are replying to: .
captcha