5 may 2025 - 21:34
Faşist İsrail rejim qırıcıları Yəmənin müxtəlif bölgələrinə kütləvi hücumlar təşkil edib

30 anti-bəşər faşist İsrail rejim qırıcısı Yəmənin müxtəlif bölgələrini bombalayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəhudi faşistləri, işğal etdikləri Fələstin ərazilərindəki Ben-Qurion hava limanına Yəmənin təşkil etdiyi raket hücumuna cavab olaraq, ABŞ və İngiltərənin dəstəyi ilə Yəmənə qarşı genişmiqyaslı hava əməliyyatına başlayıb.

Hərbi mənbələrin məlumatına görə, bu işğalçı əməliyyatda sionist rejim 30-dan çox qırıcı istifadə edib.

Ənsar Əllah hərəkatına bağlı media bu hava hücumlarının Yəmənin qərbindəki “Bajil” bölgəsi də daxil olmaqla, Hudeyda əyalətindəki əraziləri hədəf aldığını açıqlayıb. Mümkün tələfat və dağıntılar barədə hələlik heç bir məlumat verilməyib.

Bu hücumlar xüsusilə Qəzza zolağında toqquşmaların artması və müqavimət qruplarının müxtəlif cəbhələrdə iştirakından sonra bölgədəki gərginliyin yeni mərhələyə qədəm qoyduğu bir vaxta təsadüf edir.

Sizin rəyiniz

You are replying to: .
captcha