16 aprel 2025 - 14:12
İraq Nücabə Hərəkatı: Həşd əş-Şaabinin ləğvi ilə bağlı xəbərlər yalandır!

İraq Nücəbə Hərəkatının baş katibinin nümayəndəsi: “Həşdu Şəbi (Xalq Səfərbərlik) Qüvvələrinin ləğv edilməsi xəbəri yalandır və həqiqətdən uzaqdır.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Xalq Səfərbərlik Qüvvələrindən biri olan Nücəba Müqavimət Hərəkatının baş katibinin İran İslam Respublikasındakı nümayəndəsi Seyyid Abbas Musəvi Həşdu Şəbi (Xalq Səfərbərlik) Qüvvələrinin ləğv edilməsi xəbərini qəti şəkildə təkzib edərək, bu Qüvvələrin İraq Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.”

Musəvi bildirib: “Xalq Səfərbərlik Qüvvələri öz təsisatları və sistemi ilə İraq Silahlı Qüvvələrinin bir hissəsidir. Həşdu Şəbi, ABŞ və onun “İŞİD” kimi muzdluları ilə mübarizə aparmağa qadir olan ən güclü hərbi və təhlükəsizlik qüvvəsi olduğunu sübut etdi".

O, həmçinin 2017-ci ildə Həşdu Şəbi Qüvvələrinin ABŞ-ın İraqdakı genişmiqyaslı planını alt-üst etdiyinə və İraq ərazisini ABŞ-ın dəstəklədiyi İŞİD terror təşkilatının varlığından təmizlədiyinə diqqət çəkib.

Cənab Seyyid Musəvi şövqlü iraqlı gənclərdən ibarət qüvvələrin İraq xalqının əsas bazasına çevrildiyini və bu səbəbdən ABŞ-ın İraq hökumətinə Xalq Səfərbərlik Qüvvələrini marjinallaşdırmaq üçün böyük təzyiqlər etdiyini vurğulayıb.

İraq Nücəba Hərəkatının baş katibinin İrandakı nümayəndəsi də vurğulayıb: “Xalq Səfərbərlik Qüvvələri həmişə İraq Silahlı Qüvvələrinin ayrılmaz hissəsi olub və müqavimət oxunun əsas dəstəkçisi hesab olunur. Onların müqavimət oxuna yanaşmaları Həşd Məclisi qanununun təsdiqi ilə dəyişməyəcək.”

O, Xalq Səfərbərlik Qüvvələrinin yarandığı gündən bu günə qədər İraq Silahlı Qüvvələrinin Baş naziri və Baş Komandanının nəzarəti altında fəaliyyət göstərən rəsmi və müstəqil bir qurum olduğunu açıqlayıb. Yeni qanunun verilməsi ilə qrup nisbi müstəqillik əldə edəcək və ordunun deyil, İraqın baş nazirinin nəzarəti altında qalmağa davam edəcək.

Musəvi sonda vurğulayıb ki, Ali Təqlid Mərcələrinin-(müctəhidlərin) Cihade Kifai fətvası ilə formalaşan Xalq Səfərbərlik Qüvvələri heç vaxt dağılmayacaq. Onun dağılması Amerika düşməninin və onun şər davamçılarının fantaziya və illüziyalarının nəticəsidir.

Sizin rəyiniz

You are replying to: .
captcha