13 aprel 2025 - 13:40
Paraçinarın mühasirəsi; Şiələrin assimilyasiya edilməsi hökumət qüvvələri üçün gəlir mənbəyi və Pakistan şiələrinin davamlı iztirabları

Pakistan hökumətinin Paraçinarın milli və regional statusuna son qoymaq və mərkəzləri bu bölgədən digər bölgələrə köçürmək səylərini nəzərə alaraq, bəzi ölkə liderləri ilə xarici güclər arasında Paraçinar bölgəsi ilə bağlı şiələrin bölgəni tərk etməyə məcbur edilməsini tələb edə biləcək gizli sövdələşmələrlə bağlı narahatlıqlar hər gün artmaqdadır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Paraçinarda kompakt yaşayan Şiələrə qarşı assimilyasiya siyasətləri və təhidləri səngimir. Belə ki, atəşkəs rejiminin icrası və müxaliflərin heç bir maneə yaratmamasına baxmayaraq, bu ərazinin Şiə əhalisi ya vertolyotla külli miqdarda pul xərcləyərək Pişəvərə getməyə, ya da ərazidə yerləşən Pakistan hökumət qüvvələrinə - polisə və Sərhəd Qoşunlarının (FC) hökumət milislərinə - quru yolu ilə və ya da digər şəhərlərə getmək üçün külli miqdarda pul ödəməyə məcburdur.

Paraçinar bölgəsində müharibə və qarşıdurma atəşkəs razılaşması ilə başa çatsa da, bu bölgədəki Şiələr hələ də planlı şəkildə mühasirədədir.

Təbii ki, bu mühasirə təkfirçilər tərəfindən Şiələrə tətbiq edildiyi bəyan edilən əvvəlki mühasirədən fərqlidir. Əvvəldən məlumatlı olanlar məhz Pakistan hökumət qüvvələrinin ərazini mühasirəyə aldığını bilsələr və elan etsələr də, indi demək olar ki, hər kəsə bəlli oldu ki, Paraçinar Şiələrinin mühasirəsi təkfirçilərin və ya sünni bölgələrinin sakinlərinin işi deyildi və Pakistan hökumət qüvvələri bu işi ictimaiyyətə məlum olmayan bəzi məqsədlərlə götürürdülərsə indi isə bu mühasirəni başqa formada davam etdirirlər.

Təbii ki, Pakistan hökümət qüvvələrinin konkret məqsədlərdən biri də Paraçinar bölgəsində yaşayış xərclərini artırmaqdır ki, bu bölgənin Şiələri könüllü olaraq, öz xoşları ilə başqa şəhərlərə köçsünlər.

Bu günlərdə münaqişə tərəfləri Paraçinar Şiələrinə sərbəst gediş-gəliş edə biləcəklərini deyirlər, lakin polis və hökumətin hərbiləşdirilmiş Sərhəd Qoşunları (FC) Paraçinar Şiələrinin onların iştirakı olmadan səyahət etməsinə icazə vermir və Şiələri səfərdə müşayiət etdikləri üçün onlardan külli miqdarda pul alırlar.

Əgər minik avtomobili (taksi kimi) Paraçinar ərazisində Şiə sərnişinləri daşımaq istəyirsə, ərazidən çıxanda və ya daxil olarkən hökumət qüvvələrinə 100 min rupi ödəməlidir və 15 nəfərlik maşınlar üçün bu ödəniş ikiqat artır.

Paraçınar bölgəsinə ərzaq, quş əti, dərman gətirən maşınlar hökümət qüvvələrinə külli miqdarda pul ödəməlidir ki, bu da ərzaq Paraçinara çatanda çox baha satılması ilə nəticələnir və rayon ictimaiyyətinin onu almağa imkanı yoxdur ki, bu da xalqın problemlərini daha da artırır.

Paraçinardan vertolyotla səfər edən sərnişinlər quru nəqliyyat vasitəsi ilə getmə xərcindən artıq pul ödəməlidirlər və yalnız maddi vəziyyəti yaxşı olanlar səfərin pulunu ödəyə bilər.

Bu arada, yolları Şiə bölgələrindən keçən Paraçinar ətrafındakı sünni kəndlərinin sakinləri isə tam təhlükəsiz şəraitdə və heç bir rüsum ödəmədən istədikləri yerə gedə bilirlər və Pakistan hökumət qüvvələri tərəfindən heç bir məhdudiyyətlə üzləşmirlər.

Paraçinar rayonunun inzibati statusunda dəyişiklik

Kərəm şəhristanının mərkəzi olan Paraçinar şəhərinin inzibati vəziyyəti də pisləşir. Bölgə qubernatoru Paraçinardan 20 kilometr aralıda yerləşən çox kiçik və sünni şəhəri olan Sade-də yerləşdiriləcək. Şəhər Təhsil Baş İdarəsi isə tamamilə Sade şəhərinə köçürülüb, bütün qeyri-hökumət təşkilatlarının ofisləri də köçürülüb. Digər Şiə şəhəri, Paraçinardan təxminən 50 kilometr aralıda olan “Əlizai” şəhəridir ki, hökumət oranın “rayon” kimi rəsmi statusunu əlindən alıb!

Pakistan hökumətinin Paraçinarın milli və regional statusuna son qoymaq və mərkəzləri bu bölgədən digər bölgələrə köçürmək səylərini nəzərə alaraq, bəzi ölkə liderləri ilə xarici güclər arasında Paraçinar bölgəsi ilə bağlı şiələrin bölgəni tərk etməyə məcbur edilməsini tələb edə biləcək gizli sövdələşmələrlə bağlı narahatlıqlar hər gün artmaqdadır.

Sizin rəyiniz

You are replying to: .
captcha