12 aprel 2025 - 14:10
Terrorçu İsrail rejim ordusu Qəzza zolağının 50%-ni işğal etməyi planlaşdırır

Mənbə əlavə edib ki, sionist rejim ordusu Qəzza zolağının 30 faizinə nəzarət etməyə yaxındır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejiminin terrorçu ordusu danışıqlarda irəliləyiş olmadığı təqdirdə Qəzza zolağının 50 faizinə nəzarət etməyi planlaşdırır.

Bu barədə İvrit dilli Walla xəbər agentliyi təhlükəsizlik mənbələrinə istinadən yazıb:

“İsrail ordusu danışıqlarda irəliləyiş olmadığı təqdirdə Qəzza zolağının 50 faizinə nəzarət etməyi planlaşdırır.”

Mənbə əlavə edib ki, sionist rejim ordusu Qəzza zolağının 30 faizinə nəzarət etməyə yaxındır.

Bu barədə işğalçı ordunun radiosu məlumat yayaraq bildirib:

“İşğalçı qüvvələr Moraq xəttinin tikintisini başa çatdırıblar. Və onlar Moraq xəttinin ərazisini tam nəzarətə götürərək Rəfah Briqadasını tamamilə mühasirəyə alıblar.”

İşğalçı ordu əlavə edib: “Rəfah bölgəsi hazırda hər tərəfdən İsrail qüvvələri tərəfindən mühasirəyə alınıb.”

Qeyd edək ki, işğalçı qüvvələr Rəfahı işğalçı qüvvələrin nəzarətində olan ərazi kimi bufer zonasına birləşdirməyə çalışacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha