28 mart 2025 - 05:02
Seyyid Əbdülməlik Əl-Husi: Yəmən Fələstin xalqına dəstəyini davam etdirir

Ənsarullah lideri vurğulayıb ki, biz Fələstin xalqını dəstəkləməyə davam edəcəyik və Amerikanın təcavüzünə baxmayaraq, heç vaxt bu mövqedən geri çəkilməyəcəyik.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Əl-Husi “Əl-Qüds minbəri” proqramında çıxış edərək vurğulayıb: Fələstindən Livan, Yəmən, İraq və İrana qədər Qüds yolunda şəhid olanlara rəhmət diləyirik.

O, daha sonra çıxışına əlavə edib: Şəhid Seyyid Həsən Nəsrullah və şəhid İsmayıl Haniyənin mövqeləri həqiqəti ifadə edir, milləti oyadır və meydanda təsirlidir.

Əbdülməlik Əl-Husi bildirib: Bu iki böyük şəhid sionist rejimin təcavüzü ilə mübarizədə iştirak edib və İslam xalqında cihad bayrağının ucaldılmasında öncül olublar.

O, daha sonra İranın şəhid olmuş prezidenti Seyyid İbrahim Rəisini səmimiyyət modeli və Fələstin məsələsi ilə maraqlanan şəxs adlandırıb və bildirib ki, o, İran İslam Respublikasının mövqeyini ifadə edir və bu ölkənin mövqelərinin əməli təcəssümüdür.

Ənsarullahın lideri deyib: Sionist rejimin ABŞ-ın ortaqlığı və dəstəyi ilə davam edən təcavüz yolunun məqsədi açıq-aşkar bir məqsəd güdür və o, Fələstin məsələsini aradan qaldırmağa çalışmaqdır.

O qeyd edib ki, İsrail rejimi Fələstin xalqını didərgin salmaq gücündə deyil, məgər ki, Ərəb hökumətləri öz xəyanətləri ilə bunu həyata keçirtsinlər. Biz bununla bağlı xəbərdarlıq edirik.

Ənsarullah lideri vurğulayıb: Ərəb ölkələri Fələstin xalqının köçkünlüyünün qarşısını almaq və normallaşmaya qarşı çıxmaq üçün ciddi addım atmalı və cəsarətli və tarixi mövqe tutmalıdır.

Əl-Husi deyib: Əgər İsrail rejimi fələstinliləri öz torpaqlarından qovmağa nail olsa, növbə Fələstini əhatə edən ərəb ölkələrinə gələcək.

Ənsarullah lideri vurğulayıb ki, biz Fələstin xalqını dəstəkləməyə davam edəcəyik və Amerikanın təcavüzünə baxmayaraq, heç vaxt bu mövqedən geri çəkilməyəcəyik.

O, bütün müsəlmanları sionist rejimin ifratlarına qarşı durmağa və Allaha təvəkkül edərək, psixoloji məğlubiyyət və ümidsizlikdən çəkinməyə çağırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha