Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qəzza Səhiyyə Nazirliyi elan edib: Son 24 saat ərzində 29 şəhid və 51 yaralı Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib.
Səma-nın raportuna görə, nazirlik Qəzza müharibəsində şəhidlərin sayının 48 min 572, yaralı sayının isə 112 min 320 nəfərə çatdığını açıqlayıb.
Şənbə günü İsrai faşist rejimin pilotsuz təyyarəsinin Qəzza zolağının şimalındakı Beyt Lahia bölgəsinə hücumu nəticəsində 9 fələstinli şəhid olub.
Qeyd edək ki, Qəzzada atəşkəs başlayandan bəri uşaq qatili sionist terror rejimi atəşkəs rejimini dəfələrlə pozub.
Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib. Atəşkəs razılaşması üç mərhələdən ibarətdir.
Qəzzada 42 gün davam edən atəşkəs razılaşmasının birinci mərhələsi sona çatdı. Yəhudi faşist rejiminin süründürməçiliyi və Benyamin Netanyahu hökumətinin məsuliyyətdən yayınma səyləri səbəbindən razılaşma ikinci mərhələyə keçirilmədi.
Müharibə hələ bərpa olunmayıb, lakin yəhudi qaniçən rejimi Qəzzaya bütün humanitar yardımları dayandırıb. Qəzzada əhalinin 90%-i, təxminən 1,9 milyon fələstinli müharibə səbəbilə köçkün düşüb və Qəzza aclıqla və susuzluqla üz-üzədir.
Netanyahu, qarşılığında heç bir şey təklif etmədən daha çox israilli məhbusu azad etmək üçün razılaşmanın birinci mərhələsini uzatmaq istəyir. Lakin HƏMAS danışıqların ikinci mərhələsinə, o cümlədən müharibəyə son qoyulması və yəhudi işğalçılarının Qəzzdan hərtərəfli geri çəkilməsinin zəruriliyinə israr edir. Məhz bundan sonra Qəzza zolağının yenidən qurulmasını əhatə edən üçüncü mərhələ başlaya bilər.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz