11 mart 2025 - 20:45
Qolani terror rejimi tərəfindən Suriyalı mülki şəxslərin öldürülməsi ilə bağlı 500-dən çox video toplusu

Son üç gün ərzində Qolani vəhhabi terror rejiminə bağlı ünsürlərin qanun pozuntularına dair 500-dən çox video toplanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriyadakı hüquqi mənbələr, Colani hökumətinin ünsürlərinin ölkədə törətdiyi vəhşilikləri əks etdirən 500-dən çox videonun toplandığını açıqlayıb.

Bu hesabata görə, yuxarıda qeyd olunan təcavüzlər son üç gün ərzində Suriyanın sahil şəhərlərində kompakt yaşayan ələvilərə qarşı baş verib. Bu videoların 90 faizində mülki şəxslərə şiddətli işgəncə və yandırma ilə yanaşı güllələnmə və ya başın kəsilməsi ilə amansız edamlar da yer alır.

Mənbələr əlavə edib ki, bu videolar Əl-Colani terror rejiminin cinayətlərini sənədləşdirmək üçün beynəlxalq qurumlara çatdırılacaq

Toplanan videolar son bir neçə gündə qadın və uşaqlar da daxil olmaqla 700-dən çox mülki şəxsin edam edildiyini göstərir.

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha