11 mart 2025 - 17:43
Qolani tərəfindən Suriya xalqının qətliamlarının və qətllərinin göstəriciləri hansılardır?

İraqlı yazıçı və ekspert Məhəmməd Sadiq Əl-Haşimi öz qeydində yazır: “Müvəqqəti olaraq canavar libasını çıxarıb sivil paltarında gəzən Qolani ölüm, qətliam, şiddət, zorakılıq, uşaqların qətliam edilməsi, bazarların və məhəllələrin yandırılması səhnələri ilə qanlı reallığına qayıdaraq, İŞİD simasını ortaya qoydu.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Son günlər Suriyanı idarə edən silahlı terror qruplaşmalarının törətdiyi cinayətlərlə bağlı dəhşətli statistikalar yayılıb.

Suriya Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü televiziya proqramında təkfirçilərin Ələvilərin kompakt yaşadıqları şəhərlərində törətdikləri cinayətlərlə bağlı deyib: “Latakiyada ən azı 4000 nəfər təkfirçilər tərəfindən öldürülüb və təkfirçilərin bir hissəsi çeçenlər, uyğurlar və taciklərdir.”

Təkfirçi terrorçular tərəfindən Şiə və Ələvilərə qarşı həyata keçirilən bu qətliamlarla bağlı iraqlı yazıçı və İraq Araşdırmaları Mərkəzinin direktoru doktor Məhəmməd Sadiq Əl-Haşimi öz qeydində yazıb:

“Suriyanın Qolani tərəfindən asanlıqla uda biləcəyi bir tikə olduğunu düşünən hər kəs dərindən yanılır. Çünki Qolani, hakimiyyəti ələ keçirəndən bəri Suriya xalqının bütün millətləri və təbəqələri, druzi və ələvidən tutmuş, sünni və şiələrə qədər onun qanlı dövrünü, (hərçənd geyindiyi mülki paltarla öz əsl həqiqətini gizlətməyə çalışsa da,) dərindən rədd edir və bu, Qolaninin qırğınlarının gizlədə bilməyəcəyi bir reallıqdır.”

Tezliklə Türkiyədə təlatümlü zamanların şahidi olacağıq.

Digər tərəfdən, Türkiyə bu gün öz ekspansionist ambisiyalarını ortaya qoyan Qərb sivilizasiyasının eybəcər simasını yaxşı anlayır. Baxmayaraq ki, Qolani hakimiyyətini Suriyaya sırımağı bacardı, amma heç bir zaman Suriyanın təlükəsizliyini təmin edə bilməyəcək, yaxud orada məqbul hökumət və siyasi sistem təşkil edə  bilməyəcək; Çünki o, bu oyunu milliyyətçilik və məzhəbçilik atəşi ilə başlatdı ki, bu da təhlükəsizliyə əks təsir göstərir. Və digər tərəfdən Türkiyənin ictimai quruluşu 15 faiz ələvi, 20 faiz kürd və 3 faiz druzdan ibarət olduğu səbəbindən, Türkiyədəki hakim rejim heç vaxt qətliamlar və kütləvi qırğınlarla Osmanlı dövrünə və Osmanlı dövrünün bənzərlərinə dönə bilməyəcək. Türkiyədə və onun hüdudlarından kənarda yaşayan kürd etnik qrupların, eləcə də Türkiyədə hakim rejimə qəti şəkildə qarşı çıxan ələvilərin qəzəbi qətllər və qırğınlar genişləndikcə daha da güclənir. Ona görə də tezliklə Türkiyədə təlatümlü dövrlərin şahidi olacağıq.

Müvəqqəti olaraq canavar libasını çıxarıb sivil paltarında gəzən Qolani ölüm, qətliam, şiddət, zorakılıq, uşaqların qətliam edilməsi, bazarların və məhəllələrin yandırılması səhnələri ilə qanlı reallığına qayıdaraq, İŞİD simasını ortaya qoydu.

Bundan əlavə, Qolaninin vəziyyətə nəzarət etmək və Suriyanı sabitləşdirmək gücü ilə Suriyada təhlükəsizlik xaosundan tutmuş xalqın ona qarşı üsyanına qədər mövcud real şərait arasında uçurum çox böyükdür. Ona görə də Qolani ilə bağlı həqiqətlərin üzə çıxması ilə bağlı baş verən hadisələrdən sonra bölgə alov vulkanı üzərində olub və bütün regionu təhdid edən Qolaninin cinayətini heç bir vəchlə qəbul etmir.

Faktlar göstərir ki, Suriyadakı bəzi sünnilər Qolani hakimiyyətini qəbul etmirlər və bu iddiaya ən yaxşı dəlil qırğınların Suriyalılar tərəfindəın deyil məhz uyğur, özbək və digər xarici millətlərdən olan quldurlar tərəfindən həyata keçirilməsidir.

Bundan əlavə, Suriya sünni icması, Qolaninin sünni məzhəbinə olduğu meyllərini ifşa etmək səylərinə baxmayaraq, aclıq, vəhşət, mühasirə və təhlükəsizlik problemlərindən əziyyət çəkməyə davam edir.

Sonda deyirik; Ey Qolani, çox keçməz ki, tezliklə ölüm qədəhini içəcəksən!

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha