Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullah Hərəkatının media bölməsi sionist rejim tərəfindən qətlə yetirilən hərəkatın komandirlərinin plakatını, fotoşəkillərini və adlarını dərc edib.
“Rossiya El Youm”un məlumatına görə, plakat “Qüds yolunun şəhid komandirlərinin adları” başlığı ilə dərc edilib və onun üstündə “Hizbullah”ın şəhid baş katibi Seyid Həsən Nəsrullah və Hizbullahın İcraiyyə Şurasının rəhbəri Seyid Haşim Safiuddinin fotosu yer alıb. Nəsrullah 2024-cü il sentyabrın 27-də, Safiuddin isə təxminən bir həftə sonra şəhid olub.

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
