25 fevral 2025 - 04:15
Şiə Ruhanisi və “SalamNews” informasiya agentliyi ilə “İnterAz”ın rəhbəri Mətləb Bağırov 12 il azadlıqdan məhrum edildi

Xatırladaq ki, Hacı Mətləb Bağırov Talış bölgəsinin Cəlilabad rayonundandır. O, ilk Dini təhsilini doğulduğu rayonunda, daha sonra İranın Qum şəhərində və Suriyada Ali Dini təhsil almışdır. 2023-cü ilin yanvar ayının 30-da isə yəhudi və ingilis rejim qüvvələri tərəfindən səbəbsiz yerə əsir tutulmuşdur.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Cənubi Qafqazda Azərbaycan Respublikasına hakim kəsilmiş ingilis və yəhudi rejimi olan əliyevlər sülaləsi ölkədə apardığı anti-Şiə siyasətlərinin davamında daha bir Şiə Ruhanisini qondarma maddələrlə Şərləyərək 12 il müddətinə cismani azadlıqdan məhrum edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətsiz hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə sifarişli hökm oxunub.

Bu ədalətsiz hökmə əsasən, Mətləb Bağırov 3 il Jurnalistika və Kütləvi İnformasiya Vasitələri sahəsində fəaliyyətinə qadağa qoyulmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, anti-Şiə ingilis və yəhudi rejim ittihamçısı çıxışında Hacı Mətləbin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Mətləb Bağırovun vəkili çıxışında deyib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib: “Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin”.

Xatırladaq ki, Hacı Mətləb Bağırov Talış bölgəsinin Cəlilabad rayonundandır. O, ilk Dini təhsilini doğulduğu rayonunda, daha sonra İranın Qum şəhərində və Suriyada Ali Dini təhsil almışdır. 2023-cü ilin yanvar ayının 30-da isə yəhudi və ingilis rejim qüvvələri tərəfindən səbəbsiz yerə əsir tutulmuşdur.

İngilis-yəhudi rejim Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Şiə Ruhanisi Hacı Mətləb Bağırovu Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ŞƏRLƏYİB.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!