12 fevral 2025 - 05:30
Nyu Yorkda mürtəd Salman Rüşdiyə hücum edən Qəhrəman oğlanın məhkəməsi başlayır

Nyu Yorkda iki il əvvəl hindistanlı mürtəd yazıçı Salman Rüşdini bıçaqlayan şəxsin ilk məhkəməsi keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan əsilli Amerika vətəndaşı və mürtəd Salman Rüşdini öldürməyə cəhddə təqsirləndirilən Hadi Matar bazar ertəsi, fevralın 10-da Nyu-Yorkun Şatokua Rayon Məhkəməsində çıxış edib.

Bu məhkəmə Hadi Matarın terrorizm ittihamı ilə bağlı keçirilən federal məhkəməsndən ayrı olan bir məhkəmə prosesidir.

Şatokua məhkəməsi iclasının əvvəlində sədrlik edən hakim David Foley elan edib ki, Hadi Matarın vəkili Nataniel Barronun iclasın təxirə salınması tələbi rədd edilib və hazırda xəstəxanada olan Barronun yerinə onun köməkçisi ilkin müdafiəni təqdim edə bilər.

27 yaşlı Hadi Matar özünü təqsirli bilməyib və bazar ertəsi kameralar qarşısında iki dəfə “Fələstini Azad Edin!” qışqırıb. O, 1402-ci ilin Mordad (2022-ci ilin avqustun) ayında şəhərin eyniadlı təhsil müəssisəsi olan Şatokua İnstitutunda çıxışının əvvəlində Salman Rüşdiyə hücum etməkdə və bir sıra bıçaq zərbələri ilə onu öldürməyə cəhd etməkdə günahlandırılır.

Salman Rüşdi hücumda bir gözünü və bir əlini görmə qabiliyyətini itirib. Şatokua məhkəməsi indi prokurorların ifadələrini və şahid ifadələrini dinləməyə həsr olunub. Prosesin yeddi ilə 10 gün arasında davam edəcəyi gözlənilir.

77 yaşlı Salman Rüşdinin də ifadə vermək üçün məhkəmə iclaslarından birinə gəlməsi planlaşdırılır. Bu, Salman Rüşdinin iki il əvvəlki hücumdan sonra Hadi Matarla ilk üz-üzə görüşü olacaq.

Bu iş üzrə məhkəmə prosesi fevralın 5-də jüri üzvlərinin seçilməsi ilə başlayıb və bazar ertəsi keçirilən iclas ilk məhkəmə iclası hesab olunur. İclasda Şatokua rayon prokuroru Ceyson Şmidt iki il əvvəlki hücumun təfərrüatlarını açıqlayıb və bildirib ki, müttəhim səhnənin pilləkənlərini sürətlə qalxıb, təxminən 30 fut qaçıb və ilk bıçaq zərbəsini endirəndə Salman Rüşdi o qədər şoka düşüb ki, yerindən tərpənməyib.

Prokuror yana-yana əlini Hadi Mətərə işarə edərək əlavə edib: “Bu adam heç bir tərəddüd etmədən və çəkinmədən bıçağı təkrar-təkrar güclü və sürətli zərbələrlə cənab Rüşdinin üzərinə endirdi; Başına, boğazına, mədəsinə, buduna və özünü qorumaq üçün qaldırdığı əlinə.”

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!