Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümüdünya Müsəlmanalrının Ali Təqlid Mərcələrindən biri olan Ayətullah Nuri Həmədani İranın nəcib və şərafətli İranın xalqını 22-i Bəhmən yürüşündə iştiraka dəvət edən mesaj ilə Böyük İran Xalqına müraciət ediblər.
Biz ABNA olaraq bu Böyük Ali Təqlid Mərcənin dəyərli mesajını saytımızın izləyicilərinə təqdim edirik:
Mərhəmətli və Rəhmli Allahın Adı ilə!
Biz İran İslam İnqilabının şanlı qələbəsinin ildönümü ərəfəsindəyik. Şübhəsiz ki, bu hadisə Allahın Günlərindən sayılır və biz bu böyük qələbəni ən gözəl şəkildə şərəfləndirməliyik və in şə Allah, 22-i Bəhmən yürüşündə hamı bir nəfər kimi iştirak edərək bu borcumuzu yerinə yetirəcəyik.
Bu günlərdə dünyada və regionda qəribə hadisələrlə üzləşirik. Küfr və təkəbbür dünyasının, onların agentlərinin bu Böyük İnqilab və sevimli İran Ölkəsi və Müqavimət Oxuna qarşı öz medialarında geniş təbliğatla misilsiz birlik göstərirlər. Təəssüf ki, bəzi insanlar onların bu azdırıcı təbliğatlarından təsirləndi, buna görə də hər kəsə İzahat Cihadı etmək lazımdır.
Hakimiyyətdə olanların, tribun və platformalarda, qəzetlərdə, bütün mətbuat orqanlarında işləyənlərin boynuna heç bir qüvvəni nəzərə almadan Haqq Cəbhənsini müdafiə etmək və həqiqəti söyləmək məsuliyyəti qoyulub. Amerikanın başçılıq etdiyi təkəbbürün qara üzünü tanıtın və onilliklər ərzində heç bir düşmənçilik və kin nümayiş etdirməkdən çəkinməyən və daim İran millətini məhv etmək fikrində olan bu rejimin qara və kriminal keçmişini izah edin. Və bu gün düşmənlərin açıqlamaları ilə ört-basdır edilən, dostların isə etinasızlığı ilə azalan İslam Hakimiyyətinin dəyərli xidmətlərini lazımınca işıqlandırın. Xalq qurtuluş yolunu və bütün problemlərin həllini xüsusilə iqtisadiyyat və dolanışıqla bağlı problemlərin çözülməsini Ali Məqamlı və Müdrik Rəhbərin buyurduğu kimi əziz və müdrik xalqın birliyi və dəstəyi ilə, həmçinin məmurların böyük zəhməti ilə həll olunmasında bilməlidirlər.
Ali Məqamlı Rəhbərin İİR Hərbi Hava Qüvvələrinin xadimləri ilə keçirtdiyi görüşündə Amerika ilə bağlı sərt mövqeyini dəstəkləməklə yanaşı, Uca Allahın lütfü və İmam Zaman həzrətlərinin (Allah onun zühurunu tezləşdirsin) nəzəri ilə, bütün ölkə boyu İslami İran xalqı 22-i Bəhmən yürüşündə iştirak edərək mərhum İmamın (Allah ona rəhmət etsin) və əziz şəhidlərin dəvətinə bir daha müsbət cavab verəcək və bu İnqilab gəmisini hikmət, zəkavət və cəsarətlə idarə edən İslam İnqilabının Ali Rəhbərini və İslami Sistemi dəstəklədiklərini bəyan edərək, qlobal təkəbbür və cinayətkar sionistlər və onların əlaltılarına qarşı öz ikrahlarını nümayiş etdirəcəklər.
Uca Allahdan hər kəsə uğur diləyirəm.
Əgər Allaha kömək etsəniz, Allah da sizə kömək edər və sabitqədəm qərar verər.
Hüseyn Nuri Həmədani
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
