28 yanvar 2025 - 06:30
İsraillilər kütləvi sürətdə İran İslam Respublikasına casus işləyirlər

Faşist İsrail rejimin daxili təhlükəsizlik aparatı və polisi bəyanat yayaraq iki ehtiyatda olan əsgərin İrana casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şabak (İsrailin daxili təhlükəsizlik agentliyi) və sionist rejim polisi bəyanat yayaraq iki ehtiyatda olan əsgərin İrana casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.

“Əl-Cəzirə”nin məlumatına görə, bəyanatda əsgərlərdən birinin xidmət zamanı hava hücumundan müdafiə bölməsindən əldə etdiyi məxfi məlumatları ötürdüyü qeyd edilib.

Son həftələrdə sionist rejim işğal olunmuş ərazilərin bir neçə sakinini İranla əməkdaşlıq ittihamı ilə həbs edib.

Bundan əvvəl “Vala” saytı İsrail təhlükəsizlik orqanlarının hesabatına istinadən iddia edib: “İran İsraildə casuslar toplayır. Bizim vətəndaşlarımız pul müqabilində İsrailə xəyanət etməyə hazırdır.”

Media orqanı iddia edib ki, müharibə başlayandan bəri Şin Bet 11 casusluq əməliyyatına və İranın sionist şəxsiyyətlərə sui-qəsd cəhdlərinə qarşı çıxıb.

Vala həmçinin təhlükəsizlik orqanlarının hesabatından sitat gətirib:

“İranlılar tez təslim olmayan və yeni kanallar axtarışında olan mürəkkəb düşmənlərdir.”

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!