26 yanvar 2025 - 03:15
Roma Papası Fransisk "Avtobioqrafiya" kitabında Ayətullah Sistani ilə görüşündə keçirdiyi hisslərdən danışıb

Papa Fransiskin tərcümeyi-halında deyilir: “Ayətullah Sistani məni öz evində qardaşcasına qarşıladı, Şərqdə bu, söz və ya sənədlərdən daha çox şey deməkdir”.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Papa Fransiskin 2025-ci ildə nəşr olunan “Ümid” adlı avtobioqrafiyasında o, İraqa səfərindən və onun əhəmiyyətindən bəhs edib...

Sonra O, Ayətullah Seyid Sistani ilə görüşmək üçün Nəcəf Əşrəf səfərindən danışır... Deyir: “Ur ziyarətindən əvvəl Şiəliyin tarixi və mənəvi mərkəzi olan, Peyğəmbərin əmisi oğlu Əlinin məqbərəsinin yerləşdiyi müqəddəs Nəcəf şəhərinə səfər etmişdim. Mən orada mənim üçün çox vacib olan qapalı görüşdə olmuşam, çünki bu, dinlərarası dialoqda və xalqlar arasında qarşılıqlı anlaşmada bir mərhələni təmsil edə bilərdi. Ayətullah Sistani məni öz evində qardaşcasına qarşıladı, Şərqdə bu söz və ya sənədlərdən daha çox məna daşıyır.”

Papa Fransisk xatirə kitabında Ayətullah Sistani cənabları ilə keçirdiyi görüş barədə “bu, dostluq və eyni ailəyə mənsub olmaq deməkdir. Bu məni rahatladı və şərəfləndirdi” kimi hisslərini yazaraq bildirib:

“O (Seyyid Sistani həzrətləri), əvvəllər heç vaxt dövlət başçılarını qəbul etməmişdi və kimin üçün isə ayağa qalxmamışdı, lakin o, bunu mənim üçün həmin gün bir neçə dəfə etdi – bu çox vacib idi. Ona hörmət olaraq otağına girəndə ayaqqabılarımı çıxardım. O, dərhal məni müdrik və imanlı, zorakılığa qarşı qayğıkeş və fəal, zəif və məzlumlara bağlı olan bir insan kimi gördü.”

Roma Papası Fransisk daha sonra keçirdiyi görüşü barədə yazır:

“O, insan həyatı müqəddəs bir həyatdır və Onun üçün ən mühüm məsələ İraq xalqının vəhdət və birliyinin qorunmasıdır. Hiss etdim ki, o, dini siyasətlə qarışdırmaqdan narahatdır. “Dövlət keşişlərinə” qarşı bir növ “həssaslıq” hiss edirəm, bu, bizim ortaq cəhətimizdir.

Eyni zamanda, biz hər ikimiz böyük dövlətləri müharibəni dayandırmağa və məntiq ilə danışmağa çağırırıq.

Qiymətli hədiyyə olaraq özümlə gətirdiyim Onun bir kəlamı indi də yadımdadır: “İnsanlar ya din qardaşdır, ya da yaradılışda bərabərdirlər”. “Qardaş” və qardaşlıq artıq “bərabərlik” sözünü ehtiva edir və bərabərlik vacibdir. Məhz buna görə də sülhə gedən yolun heç vaxt tıxaclarla dolmamasını, hamının bir-birinə dərin hörmətlə eyni istiqamətdə getməsini təmin etmək çox vacibdir.”

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!