Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə 471 günlük Əl-Əqsa Fırtınası döyüşündən və rəsmi atəşkəs elanından sonra ilk video çıxışında Qəzzanın sionist düşmən üzərində qələbəsi ilə əlaqədar dünyanın bütün azad insanlarını, Fələstin xalqını, məhbusları, İslam Ümməti və Ərəb xalqlarını təbrik edib.
O, aydınlıq gətirərək bildirib: “Əl-Əqsa Fırtınası müharibəsi Fələstinin azadlığı alovunu şölələlndirdi və sionist işğalçı düşmənin tabutuna son mismar yeritdi. Əl-Əqsa Fırtınası müharibəsi unikal müqavimət və tarix yaratma modelini təqdim etdi. Əl-Əqsa Fırtınası müharibəsi yeni döyüş cəbhələri açdı və sionist rejimini kömək üçün böyük güclərə müraciət etməyə məcbur etdi.”
İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü çıxışının başqa bir hissəsində deyib ki, müharibə Qəzzanın daxilindən başlayıb, lakin bu, regionun simasını dəyişib və sionist rejimlə qarşıdurmada yeni tənliklər yaradıb.
O çıxışına əlavə edərək bildirdi: “Tarixi əl-Əqsa Tufanı döyüşdən 471 gün keçir; Şübhəsiz ki, işğalçıların tabutuna son mismar yeridən bir döyüş. Xalqımız 471 gün ərzində azadlığı və müqəddəs ocaqlarının müdafiəsi uğrunda misilsiz qurbanlar verdi. Xalqımızın verdiyi qurbanlar, qiymətli qanlar heç vaxt hədər getməyəcək!”
Əl-Qəssam sözçüsü Əl-Əqsa Fırtınasının düşmənə böyük zərbə və böyük ziyan vurduğunu qeyd edərək bildirib: “Müqavimət cəbhəsindəki qardaşlarımızla var gücümüzlə vuruşduq və əfsanə kimi görünən nəticəyə nail olduq.”
Müharibənin çətin şəraitdə və hərbi bərabərlikdən kənarda getdiyini deyən Əbu Ubeydə, bu qeyri-tarazlı müharibəyə belə aydınlıq gətirib: “Müharibənin əvvəlindən biz qeyri-mümkün görünən şəraitdə cinayətkarlar və qatillər ordusuna qarşı vuruşmuşuq.”
Qeyri-bərabər müharibədə olduqlarını və dünya gücləri tərəfindən dəstəklənən düşmənlə üz-üzə vuruşduqlarını vurğulayan Əbu Ubeydə bildirib: “Düşmən yeni və iyrənc üsullarla öz qisasını günahsız insanlardan vəhşicəsinə alırdı.”
O sözlərinə əlavə edərək bildirib: “Biz Qəzza zolağının hər yerində bütün müqavimət qrupları ilə birgə və koordinasiyalı şəkildə vuruşduq və düşmənə ölümcül zərbələr endirdik.”
Əl-Qəssam Briqadalarının sözçüsü qeyd edib: “Biz qeyri-mümkün kimi görünən şəraitdə döyüşərkən döyüşçülərimiz döyüşün son anlarına qədər misilsiz şücaət və rəşadətlə vuruşurdular.”
Əbu Ubeydə əlavə edib: “Bu döyüşün böyüklüyü ondadır ki, onun rəhbərləri, o cümlədən Haniyə, əl-Aruri və əs-Sinvar şəhidlər karvanlarının önündə idilər.”
O daha sonra qeyd edərək vurğulayıb: “Sionist düşmənin xalqımıza qarşı təcavüzü və müharibəsini dayandırmaq üçün razılığa gəlmək hətta təcavüzün başlanğıcından bəri aylardır ki, hədəfimiz olub.”
HƏMAS-ın hərbi qanadının sözçüsü əlavə edib: “Biz və müqavimət qrupları atəşkəs razılaşmasına tam sadiq olduğumuzu bəyan edirik və bunun düşmənin öhdəliyindən asılı olduğunu vurğulayırıq.”
Əl-Qəssam Briqadalarının sözçüsü Qəzza zolağına dəstək verən cəbhələrlə bağlı dəqiq ifadəsini bildirərək çıxışına belə davam edib: “Livan, İran və İraqdakı müqavimət cəbhələrini Qəzzaya verdikləri dəstəyə görə Salamlayırıq. Bizə kömək etmək üçün döyüşdə ağır bədəl ödəyən Ənsar Allahdakı qardaşlarımıza və Hizbullahdakı yoldaşlarımıza təşəkkür edirik!”
Əbu Ubeydə əlavə edib: “İraqdakı İslam müqavimətini və işğalçılarla sərhədi keçən İordaniyadakı qardaşlarımızı Salamlayırıq!”
O, davam edərək deyib: “Dünyanın bütün azad insanlarına Salam göndəririk; Çünki dünyada milyonlarla insan müqavimət və dəyanət modelini nümayiş etdirərək bizi dəstəklədiklərini bildiriblər.”
Əbu Ubeydə bir daha vurğulayaraq bildirdi: “Biz iranlıları bu tarixi döyüşdə göstərdikləri davamlı dəstəyə və iştiraka görə Salamlayır və təşəkkür edirik!”
O, Qəzza xalqına müraciət edərək bildirib ki, biz birlikdə çalışaraq işğalçıların dağıtdıqlarını yenidən tikəcəyik.
Qəssam briqadasının sözçüsü bildirib ki, bu torpaqda tökülən hər damla qan torpağın və onun müqəddəsliklərinin azad edilməsi üçün tökülüb.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
