Əhli-Beyt
(əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İran
İslam Respublikasının prezidenti Livanınn mücahid alimi, Əllamə Əfif Nəbulsinin
vəfatı ilə bağlı cənab Seyid Həsən Nəsrullaha başsağlığı mesajı verib.
Höccətül-islam və əl-müslimin doktor Seyyid İbrahim Rəisi Əllamə Şeyx Əfif Nəbulsinin vəfatı ilə bağlı verdiyi başsağlığı mesajında mərhuma Allahdan rəhmət və məğfirət, salehlərə birgə olmaq və sağ qalanların hamısı üçün əcr və səbr diləyib.
İran İslam Respublikası prezidentinin mesajının mətni belədir:
Bismilləhir Rahmənir Rahim
Həzrət Höccətül-İslam vəl-Müslimin, Cənab Seyid Həsən Nəsrullah!
Hörmətli Livan Hizbullahının baş katibi
Dindar alim Hüccətül-İslam vəl-müslimin Şeyx Əfif Nəbulsinin vəfatı münasibətilə onun İslam müqaviməti önündə bütün igid yoldaşlarına, xüsusən də sevimli ailəsinə Uca Allahın dərgahıqarşısında dərin hüznlə başsağlığı verirəm. Mərhuma Allahdan rəhmət, məğfirət və sahlehlərlə birgə olmağı diləyir, bütün sağ qalanlarına isə səbr, əcr, cansağlığı və daim artan uğurlar arzulayıram.
Seyid İbrahim Rəisi
İran İslam Respublikasının Prezidenti
Qeyd edək ki, Livanın tanınmış alimlərindən və sionist rejimə qarşı islami müqavimətin görkəmli tərəfdarlarından olan Əllamə Əfif Nəbulsi uzun sürən xəstəlikdən sonra cümə günü, iyulun 14-də vəfat edib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!