12 iyul 2023 - 20:21
General Baqirinin İraq hökumətinə xəbərdarlq etdi

Silahlı Qüvvələrin Baş Qərargah rəisi: “İraq hökuməti Şimali İraqdakı terror qruplaşmaları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə və separatçılar silahlı qalsalar, biz bu qruplara qarşı əməliyyatları daha intensiv şəkildə təkrar edəcəyik.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanlarının Məşhəddə keçirilən illik konfransında ölkənin müdafiə diplomatiyasının artdığını bəyan edib və bildirib:

 “Bu gün bizim əksər qonşu dövlətlərlə əlaqələrimiz var və bir çox memorandumlar, müqavilələr imzalanıb və ya imzalanmaq ərəfəsindədir.”

General-mayor Bagiri qeyd edib:

  “Qonşu ölkələrlə imzalanan bütün müqavilələrin nəticəsi onlar qarşılıqlı təhlükəsizliyin, sülhün və dostluğun təşviqi olacaq.”

O əlavə edib:

 “Bu razılaşmaların əsası region ölkələri tərəfindən regionun təhlükəsizliyini qorumaq və yekdilliklə demək ki, regionun təhlükəsizliyini təmin etmək üçün əcnəbilərin bölgələdə iştirakına ehtiyac yoxdur və sionistlərin bu bölgədə yeri yoxdur.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi sərhəd təhlükəsizliyinin vəziyyətini keçmişlə müqayisədə son dərəcə yaxşı olduğunu qeyd edərək bildiriblər:

  “Təəssüflər olsun ki, bəzi qonşu dövlətlər sərhəddə öz məsuliyyətləri ilə bağlı düzgün davranmırlar; Şimali İraqda silahlı separatçı qruplaşmalar var ki, onlar bizim sərhədlərimizdə təhlükəsizliksizlik yaradır.”

O əlavə edib:

 “İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələri ölkənin təhlükəsizliyini qorumaq məqsədilə bu qruplaşmalara qarşı effektiv raket və pilotsuz uçuş aparatları ilə əməliyyatlar həyata keçirib və İraq hökuməti bu qruplaşmaları tərksilah etmək və onların hərəkətlərinin qarşısını almaq öhdəliyi götürdükdən sonra bu əməliyyat dayandırılıb.”

General-mayor Baqiri deyib:

 “Sentyabr ayına qədər gözləyəcəyik ki, bu da İraq hökumətinin öhdəliyi üçün vaxtdır və ümid edirik ki, İraq hökuməti üzərinə düşən məsuliyyəti yerinə yetirəcək, lakin bu müddət keçsə və separatçılar silahlı qalsalar və ya əməliyyat keçirsələr, bu qruplara qarşı əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanmalıdır.”

General Baqiri "Cənub-şərq sərhədlərinin bir hissəsində son aylarda terrorçuların hərəkətlərinin şahidi olduq" deyərək bildirib:

 “İslam İnqilabı Keşikçiləri Korpusu quru qoşunları həm şimal-qərbdə, həm də cənub-şərqdə komandanlıq və səhra məsuliyyəti daşıyır və sərhədin möhkəmləndirilməsi və blokadaya alınması, onun yaradılması və monitorinqi istiqamətində geniş və böyük işlər görülüb. Bugünkü təhlükəsizlik məqbuldur, baxmayaraq ki, bəzən biz nadir hallarda qeyri-müəyyənlik halları və nadir təhlükəsizliyi müşahidə edirik, baxmayaraq ki, bir çox hallarda problem aşkar edilərək zərərsizləşdirilir və İran İslam Respublikası Ordusunun quru qüvvələrinin polis sərhəd mühafizəsi və İran İslam Respublikası Ordusu ilə birlikdə Əfqanıstan sərhədlərindəki fəsadlarla mübarizə səyləri ciddi şəkildə həyata keçirilir.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Silahlı Qüvvələr ilə biliklərə əsaslanan şirkətlər arasında əməkdaşlığın həcmində eksponensial artımın formalaşdığını da diqqətə çatdırıb və deyib:

  “Bu gün 5000-dən çox biliyə əsaslanan şirkət Müdafiə Nazirliyi ilə, yüzlərlə şirkət isə ordu və SEPAH ilə, o cümlədən SEPAH quru qüvvələri ilə işləyir.”

General-mayor Baqiri sonda qeyd edib:

 “Bir çox vilayətlərdə elm və texnologiya parkları yaradılıb və bu gün silahlı qüvvələrin elmi-tədqiqat və istehsalat işləri hansısa formada özəl sektorun və biliyə əsaslanan şirkətlərin və ölkəmizin gənc alimlərinin iştirakı ilə həyata keçirilir və bu yolun böyüməsi və inkişafı üçün davamlı sürətdə çalışacağıq.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!