Telefon danışığı əsnasında İshak Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı silahlı hücumu terror aktı adlandırıb və azərbaycanlı həmkarına başsağlığı verib və bu dövlətlə guya həmrəy olduğunu bəyanlayıb.
Yeri gəlmişkən bildirək ki, sionistlər Tehranda baş vermiş hadisədən sui-istifadə edərək bunu Azərbaycanın Cənubi Qafqazda İsrailin poliqonuna çevirilməsi prosesini sürətləndirən mühüm bir fürsət kimi görürlər. Məhz bu səbəbdən irqçi rejimin səfiri Corc Dikin hadisə günü Azərbaycan prezidentinin köməkçisi ilə təcili surətdə görüşdü.
342/