Avropa Birliyinin cari milad ili noyabr ayının on dördündə aşkarcasına atdığı anti-İran addımda ingilisdilli Press TV informasiya kanalına sanksiya tətbiq etməsindən sonra fransız Eutelsat peyk şirkəti bu kanala kəsilmə xəbərdarlığıgöndərib.
İngilisdilli Press TV informasiya kanalı dünən bu bəyanatda bildirib ki, Eutelsat-in və ilk növbədə Avropa Birliyinin düşmənçilik hərəkəti, İran xalqının ingilisdilli media mühitindəki yeganə səsini kəsmək üzrə görülmüş tədbirlər zəncirinin halqalarından biridir.
Bəyanatda daha sonra deyilir: Tvitterdən tutmuş Facebook, İnstaqram və YouTube-adək sosial paltformalarda istifadəçi
hesablarının bağlanması və hətta Press TV vebsaytının və “.com” şəbəkə domeninin Amerika ədliyyə nazirliyi tərəfindən ələ keçirilməsi , eləcə də bu telekanalın işçiləri və müdirlərinin Amerika maliyyə nazirliyi və Avropa Birliyi tərəfindən sanksiya olunmaları “media terrorizmi” işinin bir hissəsidir.
342/