26 sentyabr 2022 - 19:01
ABŞ-ın Ukraynaya silah göndərməsi davam edir

Ukrayna prezidenti ABŞ-dan Rusiya qüvvələrinə qarşı irəliləməsinə imkan verən müasir hava hücumundan müdafiə sistemləri aldığını bildirib.

Qərb dövlətlərinin Ukraynaya silah göndərməklə müharibəni qızışdırmasının davamında, bu ölkə prezidenti Volodimir Zelenski bazar ertəsi deyib ki, ABŞ-dan "NASAMS" hava hücumundan müdafiə sistemləri alıb.

Zelenski Ukraynaya "HIMARS" artilleriya raket sistemləri və ABŞ-ın çoxsaylı raket buraxılış sistemlərinin göndərilməsi ilə bağlı deyib: "Göndərilənlər heç bir halda infrastrukturlarımızı əhatə etməyə kifayət etmir".

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bazar günü "ABC News" telekanalına müsahibəsində müdaxiləçi bir açıqlamada deyib: "Əgər Moskva referendumu davam etdirsə, Vaşinqton Ukraynaya silah ötürməyə davam edəcək".

Konqresin on yeddi üzvü cümə günü bir məktubda ABŞ-ın müdafiə naziri Lloyd Austindən Ukraynaya Rusiya ordusuna qarşı istifadə olunacaq qabaqcıl pilotsuz təyyarələr verməsini istəyiblər. 

342/