Lavrov deyib: "Ukraynadakı münaqişənin nə vaxt bitəcəyi haqda təxmini bir fikir deməyəcəm."
O, həmçinin xatırladıb ki, xüsusi hərbi əməliyyatın bütün məqsədləri Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edilib.
Söhbətinin davamında Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub.
"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur", - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.
342/