Yanğınsöndürmə rəsmiləri Kaliforniyanın kənd bölgələrində azı iki nəfərin yaralanmasından sonra bildiriblər ki, Amerikanın bu ştatında meşə yanğını bir məhəlləni alt-üst edib və yüzdən çox evi və binanı dağıdıbdır.
«Mill Fayer» yanğını yerli vaxtla cümə günü günortaçağı San-Fransiskodan şimalda yerləşən və 2600 nəfərlik əhalisi olan Uid şəhərinin şimalında başlanıb. Sonra odun alovları «Linkoln Hayts» məhəlləsinə doğru yayılıb. Həmin məkanda nəzərəçarpacaq sayda ev yanıb və sakinlər qaçmağa məcbur olublar.
Bu, ötən bir neçə gün ərzində Kaliforniyada baş verən üçüncü iri meşə yanğınıdır ki, hazırda, bir isti dalğası nəticəsində yüksəlməkdədir.
342/