Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet saytında yayılan məlumatda deyilir:“Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.”
Məlumatda Azərbaycan Respublikası ordusunun texniki və heyət itkisinin olmadığı bildirilir.
342/