4 sentyabr 2022 - 19:43
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, bu ölkə ordusunun Kəlbəcər və Laçın istiqamətində mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet saytında yayılan məlumatda deyilir:“Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə  atəşə tutub.”

Məlumatda Azərbaycan Respublikası ordusunun texniki və heyət itkisinin olmadığı bildirilir.

342/