24 avqust 2022 - 14:53
 İran ordusu birgə PUA təlimi keçirir

İran İslam Respublikası Ordusunun koordinasiya üzrə baş komandan müavini 1401-ci il Ordunun PUA Təliminin sabah çərşənbə günü ordunun dörd qüvvəsinin iştirakı ilə keçiriləcəyini açıqlayıb.

kontr-admiral Həbibullah Səyyari İran ordusunun 1401 Birgə PUA Təlimlərinin keçirilməsinə toxunaraq, deyib: "Bu təlimdə İran İslam Respublikası Ordusu, İran Müdafiə Nazirliyinin sənaye müəssisələri və ölkədəki biliklərə əsaslanan şirkətlərin əməkdaşlığı ilə istehsal olunan yeni PUA-lar sınaqdan keçiriləcək".

Kontr-admiral Səyyari əlavə edib: "Silahların dəqiqliyi və gücü, uçuşun davamlılıq dərəcəsi, istiqamətləndirmə və idarəetmə sistemlərinin imkanları və pilotsuz təyyarələrin döyüş qabiliyyəti bu təlimdə sınaqdan keçiriləcək və qiymətləndiriləcək məsələlər arasındadır".