Məhəmməd Hüseyn Niknam İranın səhiyyə naziri Bəhram Eynullahinin Ümumdünya Səhiyyə Təşkilatının/ üzv ölkələrin səhiyyə prioritetlərini araşdırmaq üçün hər il İsveçrənin Cenevrə şəhərində keçirilən yığıncağında iştirak edəcəyindən xəbər verib. Bildirib ki, bu yığıncaq səhiyyə sahəsindəki uğurlar ətrafında fikir mübadiləsi aparmaq üçün münasib bir fürsətdir və İran da müstəqil ölkə kimi bu yığıncaqda iştirak edəcək.
Niknam həmçinin deyib: Ümumdünya Səhiyyə Təşkilatının yığıncağında səhiyyə təcrübələri və sağlamlıq sahəsindəki nailiyyətlər nəzərdən keçiriləcək və korona tələfatını gündəlik 700 nəfərdən təkrəqəmli ədədə endirən bir ölkə kimi İranın nailiyyəti yığıncaqda diqqət mərkəzində duracaq.
342/