15 may 2022 - 15:46
Gürcüstan işğalçı NATO alyansının sammitinə dəvət olunacaq

Bu barədə işğalçı NATO alyansının baş katibinin müavini Mirça Coane Gürcüstan İctimai Televiziyasının Birinci Kanalına bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Gürcüstan nümayəndələri işğalçı NATO alyansının Madriddə keçiriləcək sammitinə dəvət olunacaqlar.

Gazeta ru saytının məlumatına görə, bu barədə işğalçı NATO alyansının baş katibinin müavini Mirça Coane Gürcüstan İctimai Televiziyasının Birinci Kanalına bildirib.

O, Gürcüstanın güclü potensiala malik NATO tərəfdaşı olduğunu və alyansın uzun illərdir bu ölkə ilə əməkdaşlıq etdiyini qeyd edib.

Qeyd edək ki, Gürcüstanın işğalçı NATO alyansı ilə əməkdaşlığı 1990-cı illərin sonundan başlayıb. 2002-ci ilin noyabrında o vaxtkı prezident Eduard Şevardnadze Praqada keçirilən sammitdə dövlətin alyansa üzv olmaq istəyini bəyan edib. Bu niyyəti növbəti dövlət başçısı Mixail Saakaşvili də dəstəkləyib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!