ABNA24 Xəbər Verir , Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının iqtisadi qrupu bildirib ki, bu ölkə vətəndaşları ev, avtomobil və istehlak kreditləri və ya kredit kartı borcları üçün banklardan və bank olmayan maliyyə qurumlarından 1 milyard 96 milyard lirə kredit götürüblər.
Məlumata görə, borclarını vaxtında ödəyə bilmədikləri üçün bir çox kredit götürən şəxs məhkəməyə verilib. Bu şəxslərin borcunun 28,3 milyard lirə olduğu bildirilir.
Türkiyə məhkəmə sistemi təkcə bu ilin ilk rübündə borcunu ödəyə bilməyən kredit alanlar üçün 3,4 milyon məhkəmə işi qaldırıb. Bu dövrdə borcu olanların təqib edilməsi və ya onların əmlakının müsadirə edilməsi nisbəti ötən illə müqayisədə 25,6 faiz artıb.
342/